Hesabatlar

8 ay ərzində Azərbaycanın dövlət büdcəsi kəsirlə icra olunub

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında operativ məlumatlara görə, Azərbaycanın dövlət büdcəsinin kəsiri 218,5 milyon manat və ya ÜDM-in 0,27%-ni təşkil edib.  

2023-cü ilin ilk 7 ayı ərzində dövlət büdcəsi profisitilə icra olunmuşdu.

Maliyyə Nazirliyinin operativ məlumatına görə, 8 ay ərzində dövlət büdcəsinin gəlirləri 20 milyard 431,2 milyon manat (2022-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə artım 1,2%), xərcləri 20 milyard 649,7 milyon manat (artım 13,8%) təşkil edib.

8 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 80 milyard 96,4 milyon manat təşkil edib.

2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə yenilənmiş proqnoz 33 milyard 779,5 milyon manat, xərcləri üzrə proqnoz 36 milyard 568,8 milyon manat təşkil edib. Dövlət büdcəsinin kəsiri 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)