Qarabağ

“Azərbaycandan yeni təkliflər almışıq” - Mirzoyan

“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”. 

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

“Son təmaslarımızdan sonra Ermənistan tərəfi sülh müqaviləsinin beşinci nəşrini və ya erməni şərhlərini Azərbaycan tərəfinə verdi. Növbə bizə çatdı, biz də bunu etdik. Sözün əsl mənasında dünən Azərbaycan tərəfdən təkliflər aldıq”, - Mirzoyan bildirib.

Onun sözlərinə görə, iyun ayından bəri birbaşa danışıqlar aparılmasa da, proses və müzakirələr davam edir.

Nazir əlavə edib ki, tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaq olduğu mühüm məsələlər hələ də qalmaqdadır.

Avropa Şurasının rəhbəri Şarl Mişelin müzakirə etdiyi kimi Vaşinqtonda, yoxsa Qranadada yeni görüşlərin planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala Mirzoyan cavab verib ki, təkliflər daim daxil olur:

“İlkin razılaşmaların olduğunu inkar edə bilmərəm. Keçən dəfə Baş nazirin Brüssel görüşündən sonra Qranadada liderlərin yeni görüşünün planlaşdırıldığı da açıqlandı. Hazırda deyə bilərəm ki, bu barədə konkret razılaşma yoxdur. Görüşdə ilkin razılıqlar və müzakirələr var”, - Mirzoyan deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)