AccessBank Ağcabədidə!
AccessBank filial şəbəkəsini genişləndirməkdə davam edir. Bank, sayca 32-ci filialını Ağcabədi şəhərində təqdim edib. Yeni filial şəhərin mərkəzində – Həzi Aslanov küçəsi 17 ünvanında yerləşir.
Ağcabədi filialında müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, həm biznes, həm də istehlak kreditləri, plastik kartlar kimi bank xidmətləri təklif edilir.
AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi işlərini çərçivəsində Binəqədi, Mərdəkan, Lənkəran, Bakıxanov filiallarında yenidənqurma işləri aparıb, Şəmkir, Naxçıvan və Qəbələ filiallarının isə açılışını reallaşdırıb.
AccessBank-ın xidmət şəbəkəsi ilə tanış olmaq üçün:
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 18-si bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.