Hesabatlar

Azərbaycanda hansı məhsullar bahalaşdı? - Defilyasiya qeydə alındı

2023-cü ilin avqust ayında Azərbaycanda deflyasiya 0,4% (iyulda 0,7%) təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, “Avqust ayında deflyasiya 0,4% təşkil edib. Ərzaq məhsulları və içkilərin qiymətləri 0,9% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb”. 

2023-cü ilin avqust ayında ərzaq məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,4%, qeyri-ərzaq malları 8,3%, xidmətlər 8,9% bahalaşıb.

Statistik məlumatlara əsasən, avqustda ət və ət məhsulları 0,6%, tütün məmulatları 2%, süd və süd məhsulları 0,1%, qənd, cem, bal, şokolad və konfetlər 0,2%, çay, qəhvə, kakao 0,3%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, spirtli içkilər 0,3% bahalaşıb.

Avqust ayında çörək, çörək məmulatları və yarmalar 0,4%, balıq və balıq məhsulları 1,7%, yumurta 7,6%, kərə və bitki yağları 0,6%, meyvələr 1,5%, tərəvəzlər 5,2% ucuzlaşıb.

2023-cü il avqust ayının sonuna Azərbaycanda orta illik inflyasiya 11,7% (iyul ayının sonuna 12,2%) təşkil edib. İstehlak qiymətləri indeksi ərzaq məhsulları üzrə 13,4%, qeyri-ərzaq məhsulları üzrə 10,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2% olub.

İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 10,4% təşkil edəcək.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)