Sənaye

Dövlət Neft Fondunun AÇG yatağından gəlirləri 29% azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli yatağından gəlirləri 2023-cü ilin ilk 8 ayında 4 milyard 728 mln. ABŞ dolları təşkil edib.

Bu barədə ARDNF-dən bildirilir.

Bu da illik müqayisədə 1 mlrd. 901 mln. dollar və ya 28.7% azdır.

Ötən ilin müvafiq dövründə AÇG-dən gəlirlər 6 mlrd. 629 mln. dollar təşkil etmişdi.

Şahdəniz yatağındakı qaz və kondesatından gəlir 1 mlrd. 183 mln. dollar təşkil edib. Bu 2022-ci ilin eyni dövründən 3% çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)