Gündəm

Priqojinin təyyarəsi qəzaya uğradı - VİDEO- YENİLƏNİB

22:55

“Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının rəhbəri Vladimir Roqov iş adamı Yevgeni Priqojinin təyyarə qəzasında öldüyünü bildirib.

ENA.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

***

Rusiyanın Tver vilayətinin Kujenkino kəndi yaxınlığında “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb.

ENA.az xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyi qəza nəticəsində 10 nəfərin öldüyünü bildirib.

Moskvadan Sankt-Peterburqa uçan təyyarədə üç pilot və yeddi sərnişin olub.

Rusiya hüquq-mühafizə orqanlarına yaxın "Baza" kanalı və jurnalist Kseniya Sobçak öz mənbələrinə istinadən bildirirlər ki, qəzaya uğrayan təyyarə "Vaqner" muzdlularının sahibi Yevgeni Priqojinə məxsusdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)