Gündəm

Azərbaycanda yeni tədris ilində yeni məktəblər açılacaq – SİYAHI

İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə 349 şagird təhsil alacaq. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə isə 314 məktəbli oxuyacaq.

Bununla yanaşı, Laçında da iki məktəbin açılması nəzərdə tutulub – Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagird oxuyacağı nəzərdə tutulur.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)