Sənaye

Azərbaycan neftini alan Avropa ölkələrinin - SİYAHISI

Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan neft alışını 8,6% artırıblar. 2023-cü ilin birinci yarısında bu rəqəm 10,362 milyon ton olub. 

Avropa İttifaqının Statistika İdarəsinin məlumatına görə, hesabat dövründə Aİ ölkələri Azərbaycandan aldığı neft üçün 6,189 milyard avro ödəyiblər. 

Amma 2023-cü ilin iyun ayında Aİ ölkələri Azərbaycandan 1,029 milyard avro dəyərində (azalma 24%) 1,82 milyon ton neft (azalma 21,9%) idxal edib.

Yanvar-iyun aylarında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin TOP-10-na daxildir:

İtaliya (3,183 milyard avro dəyərində (azalma 15,6%) 5,393 min ton (ildən ilə artım 5,5%)),

İspaniya (659,178 milyon avro dəyərində (artım 1,8 dəfə) 1,068 min ton (artım 2 dəfə)),

Çexiya (582,450 milyon avro dəyərində (artım 2,4%) 943,954 min ton (artım 19,7%)),

İrlandiya (375,259 milyon avro dəyərində (artım 5,2 dəfə) 617,316 min ton (artım 7 dəfə),

Xorvatiya (260,012 milyon avro dəyərində (azalma 2 dəfə) 451,561 min yon (azalma 27,3%)),

Almaniya (237,462 milyon avro dəyərində (azalma 3,8 dəfə) 398,525 min ton (azalma 3,1 dəfə)),

Avstriya (216,208 milyon avro dəyərində (artım 16,9 dəfə) 359,023 min ton (artım 16,9 dəfə)),

Yunanıstan (208,165 milyon avro dəyərində (bir il əvvəl tədarük olunmayıb) 356,272 min ton,

Fransa 160,94 milyon avro dəyərində (azalma 47,7%) 262,7 min ton (azalma 22,6%))

və Portuqaliya 137,764 milyon avro dəyərində (azalma 3,6 dəfə) 218,992 min ton (azalma 3,2 dəfə)).

 

İyunda Azərbaycandan neft alan TO-5 ölkəyə daxil olub:

İtaliya 498,897 milyon avro dəyərində (azalma 15%) 894,715 milyon ton (artım 1,4 dəfə) neft,

Çexiya – 80,998 milyon avro dəyərində (azalma 58,5%) 136,287 min ton (azalma 40,6%) neft,

İrlandiya – 154,645 milyon avro dəyərində (bir il əvvəl tədarük olunmayıb) 264,994 min ton neft,

Xorvatiya – 100,061 milyon avro dəyərində (azalma 39,8%) 180,462 min ton (artım 2,3%) neft,

Rumıniya – 54,395 milyon avro dəyərində (artım 47,1%) 97,855 min ton (artım 2,4 dəfə) neft.

Avrostatın son məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 105 milyon avro dəyərində 19 milyon 740,164 min ton neft idxal ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)