Birja

Neft qalxır, amma proqnozlar pessimistdir - 17.08.2023

Benchmark neft qiymətləri ABŞ-da hasilat artımı məlumatlarından bir gün əvvəl üç il yarımın ən yüksək səviyyəsinə qalxdıqdan sonra bugün səhər bir qədər azaldı.

Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 83,65 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışındakı göstəricidən 38 sent (0,19%) aşağıdır. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin kotirovkaları qeyd olunan vaxta görə 19 sent (0,24%) azalaraq bir barelə görə 79,19 dollar təşkil edib. 

Dünən məlum olduğu kimi, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 5,96 milyon barel, benzin ehtiyatları 262 min barel azalıb, distillatlar 296 min barel artıb.

Bu arada ABŞ-ın neft hasilatı ötən həftə sutkada 100 min barel artaraq 12,7 milyon barel olub. Bu, 2020-ci ilin martından bəri ən yüksək göstəricidir.

NYMEX-də ticarət edilən nefti saxlayan Cushing terminalındakı ehtiyatlar bir həftə əvvəl 159 min barel artdıqdan sonra 837 min barel azalıb.

"Analitiklər ilin ikinci yarısında tədarükün azalacağını gözləsələr də, tənəzzül qorxusu və Çin iqtisadiyyatının yavaş bərpası hazırda bazar əhval-ruhiyyəsinə ən çox təsir edir. Uzunmüddətli perspektivdə neft bazarı üçün əsas amillərdən bəziləri vəziyyətin pisləşməsindən xəbər verir və pərakəndə investorlar ehtiyatla irəliləyirlər”, - Spectrum Markets-dən Michael Hall yazıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)