Birja

Dünya bazarında neft bahalaşır - 15.08.2023

Neft qiymətləri bir gün əvvəl aşağı düşdükdən sonra bugün səhər zəif dalğalanır və hələki bahalaşma göstərir.

ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 86,23 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekunu ilə müqayisədə 2 sent (0,02%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında sentyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları qeyd olunan vaxta 4 sent (0,05%) azalaraq bir barelə görə 82,47 dollar təşkil edib.

Bu ərəfədə neft bazarı üçün mənfi amil bütövlükdə ölkə iqtisadiyyatını təhdid edə biləcək iri çinli inşaatçılar arasında yeni problemlər barədə narahatedici xəbərlərdir. Bundan əvvəl neft 7 həftə dalbadal bahalaşıb.

Oanda-nın baş analitiki Edvard Moya qeydində yazıb: "Yeddi həftəlik xoş bir rallidən sonra neft, Çin daşınmaz əmlak sektoru ilə bağlı narahatlıqlardan qaynaqlanan geri çəkilməyə hazırdır".

“Pekin kütləvi stimullaşdırma elan etmədikcə, qlobal iqtisadi artımla bağlı narahatlıqlar tezliklə aradan qalxmayacaq”, - deyə o əlavə edib: “Yanacaq qıtlığı bazarda çox güman ki, davam edəcək, lakin Çində problemlər pisləşərsə, Brent qiymətləri bir neçə dollar azala bilər".

Çərşənbə axşamı kotirovkalara əlavə təzyiq Çindən gələn zəif statistik məlumatlar tərəfindən həyata keçirilir. “Trading Economics”in məlumatına görə, analitiklər orta hesabla sənaye istehsalının artım templərinin 4,4% səviyyəsində qorunub saxlanılacağını və pərakəndə satışın artımının 4,5%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)