Bayden Vyetnama səfər edəcək
ABŞ Prezidenti Cozef Bayden yaxın gələcəkdə Vyetnama səfər etmək niyyətində olduğunu açıqlayıb.
Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Baydenin sözlərinə görə, o, tezliklə Vyetnama gedəcək, çünki bu ölkənin rəhbərliyi ABŞ ilə münasibətləri dəyişmək və Vaşinqtonla tərəfdaş olmaq istəyir.
Bayden bunu Nyu-Meksiko ştatının Albukerke şəhərində keçirilən kampaniyada ianə toplama mərasimində çıxışı zamanı bildirib.