Sosial iqtisadiyyat

Bakıda orta aylıq əməkhaqqı 1 174 manatı ötüb - Bak Şəhər Statistika İdarəsi

1 iyun 2023-cü il tarixinə Bakı şəhərində orta aylıq nominal əmək haqqı 1 174.5 manata yüksəlib.

ENA.az bu barədə Bak Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə 17 faiz artımdır.

Qeyd edək ki, ölkə üzrə orta aylıq əməkhaqqı həmin tarixə 916.8 manat idi. Bu da illik 11.1 faiz artımdır.

Göstəricinin adı Orta aylıq nominal əmək haqqı
manatla əvvəlki ilin müvafiq dövrünə %-lə nisbəti
hesabat dövrünün əvvəlindən əvvəlki ilin müvafiq dövründə
A 1 2 3
Cəmi 1 174,5 1 066,7 110,1
     A-Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 622,1 574,7 108,3
     B-Mədənçıxarma sənayesi 4 038,6 4 028,9 100,2
     C-Emal sənayesi 947,3 900,5 105,2
     D-Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı 1 095,5 1 098,7 99,7
     E-Su təchizatı; tullantıların təmizlənməsi və emalı 858,8 803,6 106,9
     F-Tikinti 1 208,2 1180,8 102,3
     G-Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri 795,2 714,3 111,3
     H-Nəqliyyat və anbar təsərrüfatı 1 408,6 1 220,7 115,4
     I-Yaşayışın .təşkili və ictimai iaşə 731,1 663,5 110,2
     J-İnformasiya və rabitə 1 758,0 1 632,2 107,7
     K-Maliyyə və sığorta fəaliyyəti 2 711,6 2 400,2 113,0
     L-Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 932,6 786,3 118,6
     M-Peşə, elmi və texniki fəaliyyət 1 661,9 1 513,5 109,8
     N-İnzibati və yardımçı xidmətlərin göstərilməsi 550,3 475,8 115,7
     O-Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat 1 474,7 1 306,4 112,9
     P-Təhsil 870,2 773,6 112,5
     Q-Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 886,0 758,5 116,8
     R-İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 1 086,6 939,6 115,6
     S-Digər sahələrdə xidmətlərin göstərilməsi 1 184,5 999,3  118,5
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)