Xalq Bankda struktur dəyişikliyi
Xalq Bank ASC-də üç yeni idarə təsis edilib və həmin idarələrə rəislər təyin edilib.
Məlumata görə, Murad Veyis oğlu Kərimov Korporativ satış idarəsinə rəis, Toğrul Akif oğlu Vəlibəyov Rəqəmsal bankçılıq idarəsinin rəisi, Nigar Şahmar qızı Şıxəliyeva isə Məsafədən bankçılıq idarəsinin rəisi təyin ediliblər.
Bununla da, bankın strukturunda olan idarə rəislərinin sayı 21-ə yüksəlib.