Bank

“Birbank Biznes daha rahat və çevik işləyən rəqəmsal bankçılıq sistemidir”

Son bir neçə ildə Kapital Bank sahibkarlara təqdim etdiyi məhsul və xidmətlərin rəqəmsallaşması istiqamətində bir sıra böyük layihələr icra edib. Bankın qarşısına qoyduğu əsas hədəf isə biznes sahiblərinə tam rəqəmsal bank xidmətləri təqdim etməkdir. Bu gün istənilən sahibkarın əsas resursu onun vaxtıdır. Məhz bu fikri əsas götürərək Kapital Bank sahibkarlar üçün yeni Birbank Biznes rəqəmsal bankçılıq sistemini istifadəyə verdi. Qeyd edək ki, Birbank Biznes bankın daha əvvəl istifadədə olan Müştəri Bank sisteminin yenilənmiş brendidir. Bəs Birbank biznes hansı özəlliklərə malikdir? Ümumiyyətlə, sahibkarlar başqa hansı yenilikləri istifadə edə biləcəklər? Bu suallara cavab almaq üçün Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadədən müsahibə aldıq.

  • Fərid müəllim, Kapital Bank pərakəndə bankçılıq xidmətləri ilə yanaşı, sahibkarlar üçün də bir sıra yeni məhsullar və xidmətlər təklif edir. Bu sahədə mövcud vəziyyət barədə nə deyə bilərsiniz? 
  • Həm cari, həm də 2024–2026-cı illəri əhatə edən növbəti strateji dövrdə Kapital Bank üçün ən prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Pərakəndə sahədə olduğu kimi, biznes və korporativ seqmentdə təqdim etdiyimiz məhsul və xidmətlərin bir çoxu artıq onlayna keçirilib və bu proses davam etməkdədir. Hazırda sahibkarlar tərəfindən həyata keçirilən köçürmə və ödənişlərin 99%-i rəqəmsal platformalar üzərindən yerinə yetirilir. Maliyyələşmə və biznes məhsulları üzrə müraciətlərin 100%-nin onlayn kanallar vasitəsilə qəbul edilməsi imkanı yaradılıb. Hətta bu yaxınlarda tender və nağd təminatlı qarantiyaların əldə olunması əvvəldən axıra kimi, yəni tamamilə onlayn olaraq Birbank Biznes üzərindən müştərilərin istifadəsinə verilib. Sahibkar hesablarına gəldikdə isə onların 95%-dən çoxu məsafədən açılır. Azərbaycanda mikrokreditləri tam onlayn verməyə də ilk dəfə məhz Kapital Bank başlayıb. Bu gün mikrokreditlərin təxminən 50%-i rəqəmsal kanallar vasitəsilə rəsmiləşdirilir.

Məhsul və xidmətlər ilə bağlı mövcud vəziyyət barədə danışdıqda regionumuzda ilklərdən sayılan sahibkarlara smartfon vasitəsilə təmassız ödənişləri qəbul etmək imkanını verən Mobil POS xidmətini də qeyd etmək istərdim. Bu il Mobil POS xidmətinə taksit funksionallığını əlavə etdik. Hal-hazırda Mobil POS ənənəvi terminal ilə müqayisədə 3 dəfə daha çox sifariş verilir. Həmçinin sahibkarlara bank xərclərinə qənaət edə bilmələri üçün bankımız tərəfindən müxtəlif çeşiddə tarif paketləri təklif edilir ki, bu da öz növbəsində müştərilərə biznes gəlirlərini səmərəli idarə etməyə töhfə verir.

  • Kapital Bank sahibkarların dəyərli vaxtlarına qənaət etmək üçün hansı texnoloji həllər təqdim edir? Yeni təqdim olunan Birbank Biznes hansı üstünlüklərə malikdir?
  • Öncə qeyd etdiyim kimi, rəqəmsal bankçılığın inkişaf etdirilməsi məsələsinə bankımız tərəfindən xüsusi önəm yetirilir. Bildiyiniz kimi, bu yaxınlarda sahibkarların ixtiyarında olan Müştəri Bank sistemi tam yenilənərək Birbank Biznes-ə çevrildi. Bu yenilənmə, əlbəttə ki, təkcə brend adının dəyişməsi demək deyil. Təklif olunan rəqəmsal məhsul çeşidi artırıldı, müştərilərin istifadə etdiyi interfeyslər daha rahat oldu, əməliyyatların icra sürəti artırıldı.  Yenilənmiş sistemin üstünlükləri və funksiyaları barədə bəzi məqamları xüsusi qeyd etmək istərdim. Belə ki, Birbank Biznes-də müştərilər artıq təcili ödənişlər edə bilirlər. Ödənişlər üzrə ƏDV avtomatik hesablanır. Biznes və əməkhaqqı kartlarının ünvana çatdırılması kimi xidmətlər müştərinin vaxtına daha da qənaət etmək imkanını verir. Həmçinin müştərilərin kredit xətti ödənişlərini və istifadəsini, eyni zamanda overdraftlardan istifadəni Birbank Biznes-də həyata keçirmək imkanı var. Yeni təqdim edilmiş cari hesabdan QR-nağdlaşdırma funksiyası vasitəsilə artıq sahibkarlar filiala getmədən istənilən Kapital Bank bankomatından cari hesabdan vəsait nağdlaşdıra bilərlər.

Bundan başqa, Birbank Biznes-də təcili köçürmələr, HÖP ödənişləri, biznes kartlarının sifarişi və çatdırılması, e-ticarət, “Kliklə ödə” xidməti, sənəd dövriyyəsi, toplu imzalama, biznes kreditlərinin rəsmiləşdirilməsi, bank qarantiyası, gömrük kredit kartı, açıq API platforması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarının sifarişi, çatdırılması və kartlara mədaxil, canlı çat funksiyası ilə sualların cavablandırılması və s. əməliyyatlar da mümkündür.

  • Birbank Biznes müştərilərini gələcəkdə hansı yeniliklər gözləyir?
  • Hazırda biz məhz yeni və müasir texnoloji həllər üzərində fokuslanmışıq. Müştərilərimizin daha rahat və çevik işləyən rəqəmsal bankçılıq sistemindən yararlana bilmələri üçün çalışırıq. Yaxın gələcəkdə Mobil Kassa, sahibkarlar üçün  taksit kartı kimi xidmət və funskiyaları Birbank Biznes-ə əlavə etməyi, həmçinin biznes subyektləri üçün tam məsafədən — onlayn kreditləşməni daha da təkmilləşdirməyi planlaşdırırıq. Onu da deyim ki, Birbank Biznes-in gələcəkdə sahibkarlara biznes sahəsində istənilən növ bank xidmətinə məsafədən çıxışı təmin edən bir sistemə çevrilməsi nəzərdə tutulur.

Qeyd edək ki, istifadəsi rahat və təhlükəsiz olan Birbank Biznes tətbiqini həm iOS, həm də Android əməliyyat sistemli cihazlar dəstəkləyir. Tətbiqi yükləmək üçün https://onelink.to/ej5bbu linkinə, Birbank Biznes-in veb versiyasına daxil olmaq üçün isə https://my.birbank.business linkinə keçid alın.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)