HI-TECH

“Azərkosmos” Çin şirkəti ilə müqavilə imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkəti ilə hostinq xidmətlərinin göstərilməsinə dair biznes müqaviləsi imzalayıb.

Bu barədə agentlikdən bildirilib.

Müqaviləyə əsasən, “Azərkosmos” Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda “Emposat” şirkətinin 7.3 metrlik S/X diapazonlu yerüstü anten sistemini quraşdırıb. Bu sistem “Emposat”ın ölkəmizdə quraşdırdığı sayca 2-ci uğurlu biznes infrastrukturudur. Belə ki, 2 il əvvəl şirkət Bakı teleportunda özünün 4.2 metrlik S/X diapazonlu yerüstü antenini quraşdırıb. Bu infrastruktur sayəsində “Emposat” müştərilərinə peyklər və peyk şəbəkələri arasında izləmə, peyklərin sağlamlığının yoxlanılması, telemetriyanın alınması və peyklərə nəzarətin düzgün aparılması üzrə xidmətlər təqdim edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)