Bitkoin 29 minin altında ticarət olunur. Ən çox bahalaşan koinlər -TOP-3 (02.08.2023)
Bitkoin ucuzlaşdı və bugün 29 min dolların altında ticarət olunur. ENA.az xəbər verir ki, Bitkoin 19,44 milyon dövriyyə ehtiyatı ilə son 24 saatda 1,66% qiymət itirdi.
Hazırda canlı satış qiyməti (BTC/USD) 28,917,03 dollardır. Cari bazar kapitallaşması isə 562,28 milyard dollar təşkil edir. 24 saatlıq ticarət həcmi 13,02 milyard dollar olub.
Son 24 saatda ən çox bahalaşan TOP-3 koinlər isə bunlardır: Akropolis 53,5%, Amp 14,94%, Qtum 12,39%.
Qeyd edək ki, bitkoinin ucuzlaşmasına səbəb hazırda xüsusən də ABŞ-ın rəqəmsal valyuta bazarına qarşı tutduğu kəskin mövqedir.