Yevlaxda ermənilərlə görüşə hazırlıq gedir
Yevlax şəhərində Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsindəki ermənilərin nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır.
ENA.az xəbər verir ki, bu barədə "Caliber" nəşri məlumat yayıb.
Bildirilib ki, görüş təklifi üçüncü ölkədən gəlməyib, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək.
"Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər", - "Caliber" qeyd edib.