Birja

Banklar dollar alışını 2 dəfə artırdılar - NƏTİCƏ

Bugün keçirilən valyuta hərracında Azərbaycan bankları 66,1 milyon dollar alıblar. ENA,az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı bu hərracda da Dövlət Neft Fondunun vəsaitlərini satışa çıxarıb.

“Hərracda tələb 66,1 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Xatırladaq ki, iyulun 27-də keçirilən hərracda banklara 32,5 milyon məbləğində xarici valyuta satılmışdı.

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb. Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)