SOCAR-ın müəssisinə baş direktor təyin edilib
Dövlət Neft Şirkətinə məxsus (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin yeni Baş direktoru təyin olunub.
Bu barədə “Azərikimya”dan məlumat verilib.
Bu vəzifəyə Elnur Elxan oğlu Məmmədli təyin edilib. Bundan öncə isə bu vəzifədə İmran Arzumanzadə idi.
Qeyd edilir ki, Elnur Məmmədli 17 ildən artıqdır ki, neft sənayesində-SOCAR-ın müəssisələrində, son 7 ildə isə “SOCAR Türkiyə” şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.