"Apple"da istefa - ən yüksək maaşlı rəhbərlərdən biri idi
"Apple"ın 5 il əvvəl lüks moda və kosmetika markası "Burberry"dən transfer edib, şirkətin pərakəndə satış departamentinə sədr müavini təyin etdiyi Angela Ahrendts "Apple"ı tərk edir.
"BI" xəbər verir ki, "Burberry"nin keçmiş İcraçı direktoru olan Angela Ahrendts, Aprel ayında "Apple"dən ayrılacağını açıqlayıb.
2014-cü ilin may ayında "Apple"a Pərakəndə satış üzrə sədr müavini olaraq transfer olan Ahrendts, "Apple Store"lar başda olmaqla şirkətin pərakəndə satışlarını böyütmək üçün "Apple"a gəlmişdi.
Ahrendtsin işə başlamasından sonra "Apple"ın beş qitədəki mağaza sayı 25%-lik artımla 506-ya çatıb.
"Apple"də işlədiyi 5 il ərzində, şirkətin İcraçı direktoru Tim Kukdan da (Tim Cook) çox gəlir əldə edən Angela Ahrendtsin, 2018-ci ildəki cəmi qazancı 26.5 milyon dolları keçmişdi. Keçən il Tim Kukun "Apple"dən qazandığı ümumi məbləğ 15.6 milyon dollar təşkil edib.
5 İLDƏ 170 MİLYON DOLLAR QAZANIB
Təxminən 5 illik müddət ərzində Ahrendts, "Apple"ın ən yüksək maaşlı rəhbərləri arasında olub. Bu dövrdə Angela Ahrendts, "Apple"dən cəmi 170 milyon dollardan çox pul qazanıb.
58 yaşlı Ahrendts, "Apple"dən ayrılma səbəbini yeni şəxsi və peşəkar axtarışlar içində olması ilə əlaqələndirib. Ancaq xüsusilə "iPhone" satışlarının düşdüyü bir dövrdə şirkətin pərakəndə satış departamentinin sədr müavininin işdən çıxması müzakirələrə səbəb olub.