Türkiyə ilk elektrik qatarını istehsal edəcək
Türkiyə milli elektrik qatarının istehsalına başlayacaq.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq milli sərnişin sürət qatarının yaradılması istiqamətində işlərə başlayıb: “Hədəfimiz 2025-ci ildə sərnişin daşımalarını istismara verməkdir”