Gündəm

Azərbaycan və Rusiya XİN başçıları telefonla danışıb

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı barədə məlumat yayıb.

Qurumdan bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli münasibətlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və bu istiqamətdə mövcud çətinliklər müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

İyulun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının əsas yolları üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.

C.Bayramov və S.Lavrov əlavə təmaslar barədə razılığa gəliblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)