MALİYYƏ

Büdcədən bələdiyyələrə 1 milyon ayrılır - İLK DƏFƏ

Azərbaycanda ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsindən  bələdiyyələrə subvensiya ayrılıb.
 

"BI"nin məlumatına görə, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə qeyd edilib.
Göstərilib ki, Ədliyyə Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət edilərək 2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə subvensiyaların ayrılması ilə bağlı təklif verilib. 

“2019-cu ilin dövlət büdcəsi haqqında” qanunda ilk dəfə olaraq bələdiyyələrə 1 milyon manat subvensiya ayrılıb.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd Milli Məclisin fevralın 12—də keçiriləcək iclasında müzakirə ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)