Sənaye

Türkiyədə neft tapılıb

Türkiyədə rus neftinə bənzər neftin izlərinə rast gəlinib.

Türkiyənin Gümüşhane Universitetinin alimləri 1926 və 1930-cu illərdə Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsi (MTA) tərəfindən Bayburtda aparılan neft kəşfiyyat işlərini dərinləşdiriblər.

Bölgənin neft ehtiyatları baxımından potensiala malik olduğunu müəyyən edən elm adamları ərazidə çalışmaların başladılmasını tələb ediblər. Ərzincandakı neft sızıntıları ilə bağlı isə rus neftinə bənzər neftin mövcudluğuna dair məruzələrin edildiyi deyilir.

Gümüşhane Universiteti Geofizika Mühəndisliyi fakultəsinin rəhbəri professor Nafiz Mədən Aşağı Çimağıl kəndində gördükləri işlər nəticəsində suyun səthində neft sızıntıları müşahidə etdiklərini, hətta neft iyinin də hiss olunduğunu bildirib.

Bölgədə “Türkiyə Petrolləri” şirkəti tərəfindən hərtərəfli geoloji və 2-3 ölçülü seysmik tədqiqatların aparılmalı olduğunu deyən Nafiz Maden araşdırmalar nəticəsində neftin səthə çıxarıla biləcəyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində 150 milyon barel xalis neft ehtiyatı olan, təxminən 21,3 milyon ton ehtiyata malik yatağın kəşf edildiyini açıqlamışdı. Hasil olunacaq neftin qiyməti 12 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)