Rəsmi

Elçin Əmirbəyov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edildi - Sərəncam

Prezident İlham Əliyev Elçin Əmirbəyovla bağlı Sərəncam imzalayıb.

ENA.az xəbər verir ki, Sərəncamla Elçin Oktyabr oğlu Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə E. Əmirbəyov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Xatırladaq ki, E. Əmirbəyov 2017-ci il iyunun 24-də Birinci vitse-prezidentin köməkçisi təyin edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)