Rusiya nefti "qırmızı xətti" keçdi
Son qiymətlər göstərdi ki, Rusiya nefti Ukrayna müharibəsi səbəbindən ABŞ və Avropanın gətirdiyi qiymət tavanından yuxarı qalxıb.
Argus Media agentliyinin məlumatına görə, Rusiyanın flaqmanı Ural nefti Moskvanın Ukraynaya müdaxiləsini maliyyələşdirməsini çətinləşdirmək üçün ötən il G-7 tərəfindən müəyyən edilmiş tavanı üstələyib.
ENA.az xəbər verir ki, Ural dünən bir barel üçün 60 dolları keçib.
Qeyd edək ki, tavanın məqsədi Rusiya neftinin qərb gəmilərində və qərb sığortası ilə daşınmasını dayandırmaq idi.
Son məlumatlar Moskvanın bir növ qələbəsi, Avropa və ABŞ üçün itkidir.
Lakin Vanda Insights-dan Vandana Harinin fikrincə, bunun Rusiya üçün də mənfi təsirləri ola bilər. "Rusiya Asiyadakı alıcıları cəlb etmək üçün daha yüksək endirimlər təklif etməli ola bilər" deyən Hari, "Yoxsa vasitəçilər mənfəət marjalarını azaltmalı olacaqlar", söyləyib.