Azərbaycanda qızıl və gümüş hasilatı azalıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 975,5 kq qızıl hasil edilib. Bu keçən ilin eyni dövrü ilə müqayisədə 29,6% azdır. ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə cəmi 1 min 841,3 kq gümüş hasil edilib. Bu keçən ilin altı ayı ilə müqayisədə 42,5% azdır.
Təkcə iyun ayında 88,9 kq qızıl, 46,8 kq gümüş hasil edilib. Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 iyul 2023-cü il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 101,9 kq, gümüş ehtiyatının həcmi 325,2 kq təşkil edir.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti tərəfindən həyata keçirilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.