"Volvo" 200 mindən çox avtomobili geri çağırdı
"Volvo" şirkəti bir neçə ölkədə 200 mindən çox avtomobili geri çağırıb.
"BI"nin məlumatına görə, qərar yanacaq borusunda çatların olması ilə əlaqədar verilib.
Qeyd olunur ki, bu qüsur yanacağın mühərrikə tökülməsinə səbəb ola bilər.
Geri çağırılma 2015-2016-cı illərdə istehsal olunmuş V40, V40CC, S60, S60CC, V60, V60CC, XC60, V70, XC70, S80 və XC90 modellərinə şamil edilir.
Bundan başqa, proqram təminatında qeydə alınan qüsurlarla əlaqədar 2017-ci il ərzində istehsal olunmuş 2 minə yaxın S90, V90 Cross Country, XC40, XC60 və XC90 modelləri geri çağırılıb.
Təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.