Marketinq və reklam

AccessBank-ın İdarə Heyətində yeni təyinat

Tamamilə xarici səhmdarlara malik AccessBank QSC-in Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Bankın İdarə Heyətinə yeni üzv təyin edilib. Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov artıq İdarə Heyətinin üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. 

Renat Hümbətov 18 illik bankçılıq təcrübəsinə malikdir. O, AccessBank komandasına 2005-ci ildə Kredit mütəxəssisi qismində qoşulub. Cənab Hümbətov 2010-2017-ci illərdə Bankın Qazax filialına, 2017-2021-ci illərdə isə Gəncə filialına rəhbərlik edib. 2020-ci ildə filial rəhbəri olmaqla yanaşı həm də Regional menecer kimi fəaliyyət göstərib. 2021-2022 illərdə isə Bankın Mikro və Aqro Müştərilərlə iş üzrə Departamentinin rəhbəri olub.  O, 2022-ci ilin aprel ayından Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktordur.  

Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Azərbaycan, rus, ingilis dillərini bilir.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (FacebookInstagramLinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department