Bu ölkəyə vizasız gedib üç ay qala biləcəyik
Xəbər verdiyimiz kimi, may ayında ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklərinə dair qanun təsdiqlənib.
Məlumata görə, bu, 8 iyul 2023-cü il tarixindən etibarən mümkün olacaq.
Bununla bağlı Azərbaycanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb.
Məlumata görə, ümumvətəndaş pasportlarına malik hər iki ölkənin vətəndaşları qarşılıqlı olaraq digər dövlətin ərazisinə vizasız və rüsumsuz daxil ola və 90 gündən artıq olmayan müddətdə qala bilərlər.