Gündəm

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olundu

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.

Məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Elmir Ramazanov sözügedən vəzifəyə gətirilib.

Məlumatı DGK-dan saytımıza təsdiq ediblər.

Qeyd edək ki, E.Ramazanov bundan əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışırdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)