İlham Əliyev Qoşulmama Hərəkatının iclasında iştirak edir
Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı başlayıb.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.
Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı bu gün və sabah keçiriləcək.