Birja

Bankların dollar alışı artdı - NƏTİCƏ

Bugün banklar valyuta hərracında 39,9 milyon dollar alıblar. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı bugün yaydığı məlumatda bildirib ki, "hərracda banklar tərəfindən tələb 39,9 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara qarşı orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib".

Qeyd edək ki, iyunun 22-də keçirilən hərracda banklar 20,5 mln dollar almışdılar. 

12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)