Hadisə

Moskvaya yeni pilotsuz təyyarə hücumu oldu. Aeroport bir neçə saat işləmədi

Moskva hakimiyyəti şəhərə dəf edilən pilotsuz təyyarə hücumu barədə məlumat yayıb. Mer Sergey Sobyaninin sözlərinə görə, “Yeni Moskva vilayətinə Ukrayna pilotsuz təyyarələrinin növbəti hücum cəhdi olub”.

ENA.az xəbər verir ki, “Aşkar edilmiş bütün PUA-lar məhv edilib”, - Sobyaninin bəyanatından RİA Novosti sitat gətirir. Tələfat və dağıntı olmayıb.
Pilotsuz təyyarənin hücumu ilə əlaqədar Vnukovo hava limanı uçuşların qəbulunu müvəqqəti dayandırıb - təyyarələr başqa hava limanlarına yönləndirilib. Saat 09:00-dan etibarən "Vnukovo"nun işi adi qaydada bərpa edilib.

Yeni Moskvada dörd pilotsuz təyyarənin vurulduğu bildirilir. TASS üç pilotsuz təyyarənin vurulduğunu yazır, lakin onlardan biri Kaluqa vilayətindədir.

Qeyd edək ki, mayın 3-nə keçən gecə iki pilotsuz təyyarə Kremlə hücum edib. Rusiya Federasiyasının hakimiyyət orqanları hadisəni terror aktı və Vladimir Putinə qarşı sui-qəsd adlandırıb. Mayın 30-da səhər saatlarında pilotsuz təyyarələr Moskvanın bir neçə rayonuna hücum edib. Üç pilotsuz təyyarə Yeni Moskvada və Rusiya paytaxtının mərkəzində yaşayış binalarını vurub. İyunun 21-də Yeni Moskva və Naro-Fominsk vilayətində üç pilotsuz təyyarə vurulub.

Rusiya hakimiyyəti pilotsuz təyyarələrin hücumlarında Ukrayna tərəfini günahlandırır. Ukrayna isə bu cür hücumlarda iştirakını inkar edərək deyir ki, Rusiyaya hücum etmirlər, yalnız öz ərazilərində döyüşürlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)