Dünya bazarında neft bahalaşır - QİYMƏT
Bugün səhər neft bahalaşır. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında saat 09:55-ə Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri 75,02 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,37 dollar (0,5%) çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin avqust ayı fyuçerslərinin qiyməti bu dəfə 0,36 dollar (0,52%) artaraq bir barelə görə 70,15 dollar təşkil edib.
Bazar ertəsi Səudiyyə Ərəbistanı avqust ayında gündəlik 1 milyon barel həcmində neft hasilatının könüllü azaldılmasını uzadacağını açıqlayıb. Beləliklə, avqust ayında Səudiyyə Ərəbistanında neft hasilatı təxminən 9 milyon barel səviyyəsində qalacaq.
Bu arada Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib ki, bazarda tarazlıq yaratmaq səylərinin bir hissəsi olaraq, avqust ayında ixracı müəyyən qədər azaltmaqla könüllü olaraq neft bazarlarına gündəlik 500 min barel çıxaracaqlar.
Bazar üçün mənfi faktor ABŞ-ın istehsal sektorunda (ISM Manufacturing) işgüzar aktivlik indeksinin iyunda bir ay əvvəl 46,9 bənddən 46 bəndədək enməsi xəbəri olub. Konsensus proqnozunu Trading Economic tərəfindən sitat gətirən ekspertlər artımın 47 bəndə çatacağını gözləyirdilər.