Gündəm

Kəmaləddin Heydərov ona yüksək vəzifə verdi

Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə yeni rəis müavini təyin edilib.

ENA.az Qaynarinfo-ya istinadən xəbər verir ki, FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Əkbər Əli oğlu Quliyev agentliyə rəis təyin olunub.

Qeyd edək ki, Əkbər Quliyev sözügedən agentlikdə baş məsləhətçi vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)