TURİZM

Bakı-Qəbələ-Bakı istiqamətində qatar reyslərinin sayı artırıldı

Yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı istiqamətində qatar reyslərinin sayı artırılıb.

Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, həftənin şənbə və bazar günləri olmaqla saat 8-də Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)