Aqrar

Azərbaycan ölkəmizə məhsul göndərən Rusiya müəssisələrini videotəftiş edəcək

Azərbaycan ölkəyə məhsul tədarük edən 60-dan çox Rusiya müəssisəsinin videotəftişini keçirməyi planlaşdırır. 

“Azərbaycanın "Qida təhlükəsizliyi haqqında" qanununa əsasən, ölkəyə heyvandarlıq məhsullarının ixracatçıları Milli Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təftiş tədbirlərindən keçməlidirlər. Bu öhdəlik həmçinin əvvəl öz məhsullarını “Rosselxoznadzor”un zəmanəti ilə tədarük edən şirkətlərə, habelə təsərrüfat subyektlərinə şamil olunur. Belə subyektlərin sayı 1180-dən çoxdur”, -  deyə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin məlumatında bildirilir. 

Xidmətin məlumatına görə, Moskva vilayətində yerləşən Rusiyanın süd məhsulları istehsalı müəssisəsi yeni tələblər üzrə Azərbaycana mallarının tədarükü hüququnu təsdiqləyib.

"Hazırda Azərbaycan tərəfi əvvəl Azərbaycana məhsul tədarük edən 60-dan çox Rusiya müəssisəsinin videotəftişini planlaşdırır", - “Rosselxoznadzor”dan vurğulanıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)