Gündəm

TƏCİLİ: Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları sərəncama göndərilir

Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir. Bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək.

Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların “işinə” yenidən baxılacaq.

Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər.

Qeyd edək ki, 2018-ci ilədək Gömrük Komitəsində işə qəbul imtahanla həyata keçirilib. Ondan sonrakı dövrdə isə bu sahədə ciddi nöqsanlar baş verib.   

Məsələ ilə bağlı DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundov xəbəri nə təsdiq, nə də təkzib edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)