Sənaye

Rusiyanın "dondurmaq istədiyi Almaniya"nı Qazaxıstan nefti isidəcək. Tokayev Orta Dəhlizdən də danışıb

Qazaxıstan Almaniya iqtisadiyyatını enerji və xammalla təmin etməyə hazırdır. ENA.az xəbər verir ki, bunu, prezident Kasım-Jomart Tokayev deyib. 

"Qazaxıstan Almaniya iqtisadiyyatını enerji və lazımi xammalla təmin edə bilər ki, bu da indiki çətin geosiyasi və geoiqtisadi dövrdə xüsusilə vacibdir. Bunun bariz nümunəsi Almaniya tərəfinin xahişi ilə Qazaxıstan neftinin Şvedt şəhərindəki neft emalı zavoduna tədarüküdür”, - deyə Tokayev çərşənbə axşamı prezidentlərin birgə bəyanatında bildirib.

Eyni zamanda, o deyib ki, nəzərdə tutulan layihələrin səmərəli həyata keçirilməsi üçün nəqliyyat-logistika əlaqələrinin qurulması da daxil olmaqla bir sıra vəzifələri həll etmək lazımdır. Onun sözlərinə görə, bu gün “Orta Dəhliz” adlanan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyəti artır.

"Biz böyük perspektivləri olan nəqliyyat və logistika infrastrukturunun inkişafının zəruriliyini vurğuladıq. Aİ-də qüvvədə olan Qlobal Qapılar strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslərdə Qazaxıstan layihələrinin həyata keçirilməsini də müzakirə etdik", - dövlət başçısı bildirib.

Qazaxıstan nefti "Drujba" kəməri ilə Şvedtdəki NEZ-ə tədarük edilir, bu ilin fevralında tədarüklər başlayandan bəri nəqlin həcmi 190 min ton təşkil edib. 2023-cü il üçün KazTransOil Transneft-dən 1,2 milyon ton Qazaxıstan neftinin Drujba kəməri ilə Almaniyaya nəqli üçün kvotaya malikdir.

Çərşənbə axşamı Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib ki, Qazaxıstan "Drujba" kəməri ilə Almaniyaya aylıq neft tədarükünün həcmini 5 dəfə - hazırkı 20 min tondan 100 min tona qədər artırmağı planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)