BİZNES

“ASK Tütün” MMC nizamnamə kapitalını azaldır

“ASK Tütün” MMC nizamnamə kapitalını azaldır.

"ASK Tütün" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 2.648.675 (iki milyon altı yüz qırx səkkiz min altı yüz yetmiş beş) Azərbaycan manatı məbləğindən Cəmiyyətin təsisçisi tərəfindən 1.000.000 (bir milyon) Azərbaycan manatı dəyərində pul vəsaitinin Cəmiyyətin balansından çıxarılması nəticəsində azaldılaraq 1.648.675 (bir milyon altı yüz qırx səkkiz min altı yüz yetmiş beş) Azərbaycan manatı müəyyən edilir.

Xatırladaq ki, “ASK Tütün” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsusdur və 17 sentyabr 2021-ci ildə qeydiyyata alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)