Gündəm

Dəmir yolu nəqliyyatında daşınmalar artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb.

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında 7,6 milyon ton yük, 2704,0 min sərnişin daşınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən  bildirilib.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,8 faiz, sərnişin daşınmasında isə 57,2 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 430 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,8 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)