Gündəm

Nazir Ermənistanın istənilən təxribatının qarşısının alınmasını tapşırdı

İyunun 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin birinci yarım ilinin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Toplantıda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusuna Ermənistanın istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə tapşırıqlar  verib.

General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)