BİZNES

Ruslan Mikailov “PMD Group”a yeni rəhbər təyin edildi

“PMD Group” MMC-də yeni təyinat olub.

Məlumata görə, şirkət bununla bağlı məlumat yayıb.

“PMD Group” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə Ruslan Mikailov təyin edilib.

Ruslan Mikailov 2016-cı ildə “PMD Group” MMC-yə Maliyyə meneceri olaraq qoşulmuş,  2018-ci ildən isə Baş maliyyə direktoru vəzifəsini icra etmişdir.

O, 2006-cı ildə bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) almışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)