BİZNES

Dəyanət Sədullayev PAŞA Holding-də Aparat rəhbəri vəzifəsinə təyin edildi

15 iyun 2023-cü il tarixindən etibarən PAŞA Holding-in rəhbərliyinə Aparat rəhbəri vəzifəsinə Dəyanət Sədullayev qoşulub.

O, eyni zamanda İcraedici Komitənin üzvüdür.

Dəyanət Sədullayev, 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya üzrə bakalavr, 2005-ci ildə eyni Universitetdə İnzibati İdarəetmə üzrə magistr dərəcəsi almışdır. 2003-cü ildə mühasib olaraq peşəkar fəaliyyətə başlayan Dəyanət müəllim, neft və qaz, tikinti, istehsalat sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə təcrübə qazanmışdır. 2006-11-ci illərdə Ernst&Young, 2011-15-ci illərdə isə Kanadada maliyyə istiqaməti üzrə müxtəlif rəhbər vəzifələri icra etmişdir.

Qeyd eək ki, Dəyanət bəy 2015-ci ildə PMD Group şirkətinin Baş Maliyyə İnzibatçısı təyin edilib. Daha sonra o, eyni şirkətdə Baş İcraçı Direktorun müavini, 2021-ci ilin mart ayından etibarən isə İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bununla yanaşı, Dəyanət müəllim PMD Projects, FMG, GLC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri, ALC, Competo və PASHA Technology şirkətlərinin Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)