Çin artıq iPhone 15-in ilk nümunələrini buraxıb
Çindəki Foxconn fabriki iPhone 15-in sınaq istehsalını başa çatdırır.
Pandaily portalının məlumatına görə, iyunun sonunadək yeni nəsil Apple smartfonlarının tam istehsalatına başlamaq planlaşdırılır.
Əvvəllər Apple-ın iPhone 15 və iPhone 15 Plus üçün 48 meqapiksellik sensorlar istehsal etməkdə çətinlik çəkdiyi düşünülürdü. Gözlənilirdi ki, bu səbəbdən şirkətin yeni smartfonlarının kütləvi istehsalına başlanılması ləngiyə bilər. Yeni məlumatlara görə, bütün problemlər aradan qaldırılıb.
Qeyd olunur ki, “Apple” iPhone 15-in istehsal planını 85-90 milyon ədədə çatdırıb.Eyni zamanda, onun böyük hissəsi Pro versiyasının payına düşür. Planın yerinə yetirilməsini təmin etmək üçün Foxconn yeni işə qəbul olunanlar üçün pul bonuslarını artırdı.
Mənbənin sözlərinə görə, Foxconn-dan başqa Apple-ın digər tərəfdaşı Shenzhen Luxshare Precision da iPhone 15 Pro və iPhone 15 Pro Max modellərini yığır.
iPhone 15 seriyalı smartfonların təqdimatı 2023-cü ilin payızında gözlənilir.