Sənaye

Azərbaycanın gübrə satışından gəliri 55% azalıb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 104,521 min ton mineral gübrə ixrac edib. Bu keçən ilin müvafiq dövrünə nisbətən 8,3% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ixrac olunmuş mineral gübrələrin dəyəri 30 milyon 342,2 min (azalma 55,5%) dollar təşkil edib.
 

ENA.az xəbər verir ki, bundan başqa, yanvar-aprel aylarında Azərbaycana 23 milyon 269,4 min dollar dəyərində (artım 25,2%) 36,979 min ton mineral gübrə (artım 54,8%) idxal edilib.
 

Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri 160 milyon dollar proqnozlaşdırılır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)