Aqrar

Putindən taxıl dəhlizi bəyanatı

“Biz inkişaf etməkdə olan ölkələri dəstəkləmək və kənd təsərrüfatı sektorumuza qoyulan embarqonu aradan qaldırmaq üçün sazişə daxil olduq. Yenə də bizi aldatdılar. Hazırda biz bu sazişdən çıxmağı düşünürük", - deyə Rusiya prezidenti Vladimir Putin Kreml sarayında mətbuat konfransında bildirib. 

Ukraynanın müttəfiqlərinin dəstəyi ilə əks-hücuma keçdiyi bir vaxtda ordusunun çatışmazlıqlarını təəccüblü şəkildə etiraf edən Putin taxılın çıxışına verilən icazədən də danışıb.

Rusiya prezidenti Putin Rusiyanın taxılının çıxışına icazə verilməsə də, Qara Dəniz Taxıl Təşəbbüsü razılaşmasını Ukraynanın xeyrinə deyil, Afrika və Latın Amerikasının dost ölkələri üçün etdiklərini bildirib.

Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl dəhlizi razılaşmasından çıxmağı düşündüyünü ifadə edən Putin bu sazişdən çıxmağı düşündüyünü elan edib. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)