Toyota 1000 km məsafə qət edən elektrikli avtomobillər seriyasını hazırlayır
Yaponiyanın “Toyota Motor” şirkəti 2026-cı ildə tam elektriklə işləyən avtomobillərin (BEV) yeni nəslini buraxmağı planlaşdırır. ENA.az xəbər verir ki, Nikkei-nin yazdığına görə, 2030-cu ildə şirkət 3,5 milyon elektrikli avtomobil satmağı planlaşdırır.
Məlumatda deyilir ki, yeni nəsil akkumulyatorlar və digər texnologiyalar sayəsində avtomobillərin hərəkət məsafəsi 1000 km-ə çatacaq.
2030-cu ilə qədər Toyota elektromobillər, hibridlər və yanacaq elementləri ilə işləyən avtomobillərə, o cümlədən elektrik mühərrikli avtomobillərə 8 trilyon yen (70,4 milyard dollar) kapital qoyuluşu edəcək.
Avtomobil istehsalçısının səhmləri çərşənbə axşamı ticarətdə 5,1% bahalaşıb. Son üç ayda şirkətin kapitallaşması 20,2% artaraq 28,41 trilyon yen olub.