Azərbaycan əhalisi 5 ayda benzinə nə qədər pul xərcləyib?

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda yanacaq alınmasına 1 milyard 179,9 milyon manat xərclənib. Cari məzənnə ilə 694 milyon dollar avtomobil benzini və dizel yanacağına xərclənib.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 8,3% çoxdur.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri 2,3 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.